Xaricdə təhsil alacaq şəxslərin ilkin siyahısı təsdiqləndi

Xaricdə təhsilə dair Dövlət Proqramına 2024–2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu üzrə ilkin siyahı təsdiq olunub.

Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bu il keçirilən müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 295 nəfər namizəd proqram iştirakçısı adını qazanıb.

    Sözügedən 295 nəfərin 99-u dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.

    Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

    Qeyd edilib ki, 2024–2025-ci tədris ili üçün sənəd qəbulu Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” əsasında həyata keçirilir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı