Azərbaycan badmintonçusu Paris-2024-də çıxışını başa vurdu

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Metbuat.az-ın məlumatına görə, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb. Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:2 (12:21, 14:21).

Qeyd edək ki, Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-də çıxışını başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı