Əfsanə futbola qayıdır - Türkiyə klubu ilə anlaşdı

Bundan əvvəl Türkiyədə “Qalatasaray”dan başqa klubda işləmək istəməyən Fatih Terim fikrini dəyişib.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Terim yaxınlarına Türkiyədə yenidən çempion olmaq istədiyini ifadə edib. “Qalatasaray”da işlər uğurlu davam etdiyinə görə Terimin kluba qayıdacağı hələlik real deyil. Fatih Terimin Superliqa təmsilçisi “Başakşehir”də işləyə biləcəyi irəli sürülür.

Yerli media tərəflərin razılaşmaq üzrə olduğunu yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı