Azərbaycan cüdoçusu mükafatlandırıldı, Dövlət Himni səsləndirildi

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev mükafatlandırılıb.

Metbuat.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan idmançıya qızıl mükafat təqdim olunub.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, finalda Zelimə məğlub olan gürcüstanlı İlya Sulamanidze gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR