Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA

Avqustun 2-si saat 9:00-a olan məlumata görə əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 29 mm, Zaqatala 4 mm, Gədəbəy, Ceyrançöl, Balakən, Şəkidə 2 mm, Qusar, Qrızda 1 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 21 m/s, Şahdağda 20 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32, Naxçıvan MR-da 33-36, Aran rayonlarında 31-36, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı