Juninyo Messini geridə qoydu - FOTO

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ildə ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Metbuat.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Olavio Juninyo da siyahıda yer alıb. O, bu ilin 7 ayında 19 qol vurub və siyahıda 26-cı yerdədir. Braziliyalı Premyer Liqada 7, ölkə kubokunda 5, avrokuboklarda isə 7 dəfə rəqib qapılarına yol tapıb.

"Qarabağ"ın futbolçusu Lionel Messini də geridə qoyub. Argentinalı ulduz 17 qolla siyahıda 48-ci yerdədir. Portuqaliyalı ulduz Kriştiano Ronaldo isə 22 qolla 17-cidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR