İsrail Hizbullah obyektinə hücum etdi

İsrail ordusu Nəbatiyyə bölgəsindəki Hizbullah obyektinə hücum edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib, hava hücumunun hədəfi şiə Hizbullah hərəkatına bağlı silahlı birləşmələrin istifadə etdiyi hərbi obyekt olub.

Həmçinin, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Əl-Xiyam şəhəri yaxınlığındakı hərbi obyektədə zərbələr endirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR