Almaniyada Bundesliqa 2-də çıxış edən "Nürnberq" klubu Mahir Emrelinin transferini rəsmən açıqlayıb.
Metbuat.az xəbər verir ki, bununla bağlı klubdan məlumat verilib. Klub Azərbaycan millisinin 27 yaşlı üzvü ilə 1 illik sözləşmə imzalayıb.
Müqavilənin müddəti mövsümün sonunda artırıla bilər.
Qeyd edək ki, Emrelinin son klubu Xorvatiya "Dinamo"su olub.