Valideynlərə xoş xəbər - Qiyməti ucuzlaşdı

Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətində ucuzlaşma yaranıb.

Metbuat.az xezerxeber.az-a istinadən xəbər verir ki, məktəbəli forması almağa gələnlər hələlik azdır, amma qiymətlərdə enmə var.

Bakı Tikiş Evinin şatış müdiri Etibar Əzimov deyib ki, məktəbli formaları ötən illə müqayisədə ucuzlaşıb.

Hazırda tikiş evində Nazirlər Kabinetinin təstiqlədiyi sənədə uyğun olaraq 3 müxtəlif rəngdə vahid məktəbli formaları satılır.

Tikiş evindən o da bildirilib ki, bu il formaların yenilənməsi ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən onlara hər hansı bir məlumat daxil olmayıb.

Tikiş evi tərəfindən satılan bütün məhsullara 1illik zəmanət verilir.

Daha ətraflı videoda.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR