Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Tanınmış həkim-rentgenoloq Qulam İbrahimov vəfat edib.

Metbuat.az xəbər verir ki, o, 71 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Qulam İbrahimov Ordubad rayonunda anadan olub. O, 1971-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika fakültəsində təhsil alıb. 1990-cı ildən tibb elmləri namizədidir.

O, Mərkəzi Klinikada həkim-rentgenoloq vəzifəsində çalışırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR