Türkiyə ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, çavuş Habip Murat Alp düşmənin açdığı atəş nəticəsində şəhid olub.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler, daxili işlər naziri Ali Yerlikaya şəhidin ailəsinə və yaxınlarına başsağlığı veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR