Güclü yağışlar qədim dinozavr skeletini üzə çıxardı

Braziliyanın ən cənubundakı Rio-Qrande-du-Sul əyalətindəki su anbarının yaxınlığında “demək olar ki, tamamilə qorunmuş” dinozavr qalıqları aşkar edilib.

Metbuat.az "The Independent"ə istinadən xəbər verir ki, mütəxəssislər güclü yağışlar nəticəsində üzə çıxan bu fosillərin ən qədim dinozavr qalıqları ola biləcəyini düşünürlər. Tədqiqatçıların fikrincə, onların təxminən 233 milyon il yaşı ola bilər.

Elm adamları, fosilin Trias dövründə yaşadığını, Yer kürəsinin bütün qitələrinin Pangea adlı tək quru hissə olduğu və dinozavrların yenicə doğulduğu bir dövrdə yaşadığını irəli sürüblər. Tapılan fosil Herrerasaurs ailəsinə - uzunluğu 2,5 metrə qədər olan və eni 2,5 metrə çatan yırtıcı dinozavrlara aiddir. Qeyd olunur ki, bu ikiayaqlı dinozavrlar müasir Braziliya və Argentinanın geniş ərazilərinə səyahət ediblər.

Santa Maria Federal Universitetindən Rodriqo Müller fosillə bağlı "Bu, dünyanın ən qədim tapıntılarından biridir" deyib:

"Əvvəlcə bu, bir neçə təcrid olunmuş sümük kimi görünürdü, lakin materialı açanda bizdə demək olar ki, tam bir skeletin olduğunu gördük". Alimlər vurğulayıblar ki, hələ də ekspertizadan keçməmiş bu tapıntılar doğru çıxsa, dinozavrların mənşəyinə daha çox işıq sala bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı