Minlərlə insan Vaşinqtonda nümayiş keçirdi

ABŞ-də Fələstinə dəstək aksiyaları davam edir.

Metbuat.az xəbər verir ki, paytaxt Vaşinqtonda minlərlə insan Fələstinə dəstək nümayişi keçirib. Vaşinqton polisi aksiya ilə əlaqədar ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçirib. Məlumata görə, 300-ə yaxın vətəndaş cəmiyyəti təşkilatının dəstəklədiyi nümayişdə minlərlə insan Konqres binasının qarşısındakı “Milli Mall” ərazisinə toplaşıb. İsrailin Qəzzaya hücumlarına etiraz edən nümayişçilər əllərində Fələstin bayraqları və “Qəzzə yaşasın” yazılmış plakatlar açıblar. Nümayişçilər Tramp administrasiyasının İsrailə verdiyi dəstəyə etiraz ediblər.

Nümayişdə həmçinin İsrailin hücumları nəticəsində həyatını itirən uşaqları təmsil etmək üçün Konqres binasının qarşısında yerə düzülmüş yüzlərlə uşaq ayaqqabısı nümayiş etdirilib. Aksiyalarda başqa ştatlardan gələn nümayişçilərin və pravoslav yəhudi qruplarının da iştirak etməsi diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı