Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 3,7 milyon tona yaxın neft emal edilib, bu da ötün ilin müvafiq dövrünün göstəricisinə bərabərdir.
Bu barədə Metbuat.az-a Energetika Nazirliyinə istinadən xəbər verir.
Ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.