"Instagram"da foto paylaşımı ilə bağlı yenilik

Sosial media nəhəngi "Instagram" yeni funksiyasını təqdim edib.

Metbuat.az xəbər verir ki, yeni özəllik sayəsində "karusel" adlandırılan sürüşdürmə postlarında artıq 20 şəkil paylaşmaq mümkün olacaq. 2017-ci ildən aktiv olan bu cür postlarda buna qədər maksimum 10 şəkil paylaşmaq olurdu.

"Instagram" yeni özəlliklə "TikTok"la raqəbətdə aradakı boşluğu doldurmuş oldu. Belə ki, "TikTok"da sürüşdürmə postlarında 35-ə qədər paylaşıma icazə verilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR