Mourinyo "Çelsi"dən 62 milyonluq oyunçunu gətirir?

Sofian Amrabatın "Mançester Yunayted"dən xəbər gözləməsi səbəbindən "Fənərbağça" yarımmüdafiə transferi üçün digər variantlara üz tutub.

Metbuat.az NTV Spor-a istinadən xəbər verir ki, İstanbul klubu "Çelsi"də forma geyinən Romeo Lavia və Lesley Uqoçukvu ilə maraqlanır.

Lavia transferi üçün 62 milyon avro ödəyən London klubu futbolçunun zədəsi səbəbindən istədiyi performansı ala bilməmişdi. Həmçinin, 27 milyon avroya alınan Uqoçukvu da əsas heyətə düşə bilməyib.

Bu iki futbolçudan birini heyətinə qatmaq istəsən "Fənərbağça"da İngiltərə klubu ilə yaxşı əlaqələri olan baş məşqçi Joza Mourinyo vasitəçi rolu oynaya bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı