Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ

Avqustun 10-u gündüz dağlıq ərazilərdə, 11-13-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Metbuat.az-a Milli Hidormetereologiya Xidmətindən məlumat verilib.

    Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR