"Qarabağ" "Kəpəz"i məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

Metbuat.az xəbər verir ki, turun açılış matçında “Qarabağ” doğma meydanda “Kəpəz”i qəbul edib.

“Azərsun Arena”da oynanılan qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 48-ci dəqiqədə Riçard Almeyda, 73-cü dəqiqədə Abdulla Zubir və 84-cü dəqiqədə Olavio Juninyo vurublar.

"Köhlən atlar" hazırda 6 xalla turnir cədvəlinə başçılıq edir.

İlk turda keçirilən matçlarda “Qarabağ” “Araz-Naxçıvan”a, “Zirə” “Səbail”ə 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə bitib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı