Çəyirdəkləri qocalmanı gecikdirir

Üzüm çəyirdəkləri unikal kimyəvi tərkibə malikdir.

Onların tərkibində protein, A, B, C, E, PP vitaminləri, müxtəlif minerallar, faydalı yağlı turşular (olein, stearin, linol, palmintin və s.), xlorofill və s. faydalı maddələr var.

Üzüm çəyirdəyi E vitamini ilə xüsusilə zəngindir. Bu vitamin orqanizmdə qocalma və dağılma prosesləri ləngidir, ürək-damar və onkoloji xəstəliklərinin inkişafına mane olur, dərinin sağlam və cavan qalmasını təmin edir.

Üzüm çəyirdəkləri güclü antioksidantdır. Antioksidantlar orqanizmdə qocalma proseslərlə mübarizə aparır.

Məhz bu səbəbdən üzüm çəyirdəyi və üzüm çəyirdəyi yağı bir çox üz və bədən üçün olan anti-age (qocalma əleyhinə) kremlərə, maskalara və digər kosmetik vasitələrə əlavə olunur. Xüsusi üzüm çəyirdəyi ekstraktı kapsulları var ki, bu kapsulların qəbulu orqanizmə cavanlaşdırıcı təsir edir.

Bütün bunları nəzərə alaraq üzüm yedikdə onun çəyirdəklərini də yemək lazımdır. Lakin onlardan fayda almaq üçün çəyirdəkləri yaxşı çeynəmək və yalnız bundan sonra udmaq lazımdır. Bütöv şəkildə udduqda çəyirdəklər bağırsaqlara "şotka" kimi təsir edir - onları təmizləyir. Lakin bu halda çəyirdəklərin tərkibində olan faydalı maddələr orqanizmə daxil olmur.

Onu da nəzərə almaq lazımdır ki, üzüm çəyirdəkləri mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlara ziyan vura bilər. Kiçik yaşlı uşaqlara üzüm verdikdə üzümü çəyirdəklərdən təmizləyin.

Üzüm çəyirdəkləri orqanizmdə müdafiə prosesləri sürətləndirir, orqanizmə xərçəng əleyhinə təsir edir.

Üzüm çəyirdəkləri qəhvəüyüdəndə əzin və bir qədər xama ilə qarışdırıb skrab kimi istifadə edin.

Üzüm çəyirdəyi yağı çox faydalı və qiymətli məhsul sayılır. Bu məhsulu ev şəraitində də hazırlamaq olar. Bunun üçün qırmızı üzüm çəyirdəkləri yuyulur, qurudulur, həvəngdəstədə yaxşı əzilir və bankaya tökülür, üzərinə çıxana kimi zeytun yağı tökülür. Yağı 10 gün ərzində sərin qaranlıq yerdə saxlayın (vaxtaşırı olaraq yağı qarışdırmaq lazımdır). 10 gündən sonra yağı yaxşı süzün və istifadə edin. Bu yağı dəriyə maska kimi çəkmək və 20 dəqiqədən sonra ilıq suda isladılmış pambıq disklə təmizləmək lazımdır. Belə maska dərini daha sağlam, elastik edir, cavanlaşdırır, kiçik qırışları yox edir, dərinin rəngini yaxşılaşdırır.

Üzüm çəyirdəyi yağı saçlar üçün də çox xeyirlidir - onların vəziyyətini yaxşılaşdırır, daha sağlam və canlı edir. Yağı saçların köklərinə sürtün, üzərinə plyonka, sonra dəsmalla örtün və 1 saat saxlayın. Daha sonra saçlarınızı yaxşı yuyun. Bu proseduru həftədə 1 dəfə etmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı