Daha 7 itkin-şəhidin dəfn olunacaq - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən daha 7 şəxsin meyit qalıqları dəfn ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

    Qeyd edilib ki, hərbçilər Camalov Elman Hüseyn oğlunun, Əbilov Əbülfəz Əbülfət oğlunun, Hüseynov Cavanşir Ərşad oğlunun və Şirinov Tahir Şirin oğlunun meyit qalıqları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Şəhidlər xiyabanında, hərbçi İbrahimov Camaləddin İbad oğlunun cənazəsi Bakı şəhəri, Suraxanı rayonu, Əmircan kəndində, hərbçi Yarıyev Qənbər Teymur oğlunun meyit qalıqları Salyan rayonunun Şəhidlər xiyabanında, Zeynalova Təranə (Əsmayə) Davud qızının meyit qalıqları isə Bərdə şəhəri, Şəhidlər xiyabanında dəfn olunacaq.

    Dəfn mərasimləri sabah baş tutacaq.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı