“Mançester Siti” 2-ci liqaya göndərilə bilər - Sərt cəza qapıda

Premyer Liqanın baş direktoru Riçard Masters bəyan edib ki, “Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı təhqiqat qısa zamanda yekunlaşdırılmalıdır.

Metbuat.az xəbər verir ki, Riçard Masters "Mançester Siti"nin üzləşdiyi 115 ittihamla bağlı qərar verilməli olduğunu ifadə edib. BBC-yə müsahibə verən Masters deyib: “İndi işin açılması vaxtıdır. Bu iş illərdir davam edir və aydındır ki, onun həllinə ehtiyac var. İşə baxıldıqdan sonra qərar dərc olunacaq və bütün suallarınıza o prosesdə cavab veriləcək".

Qeyd edək ki, bəzi yerli dairələr “Mançester Siti”nin maliyyə qaydalarını pozduğunu iddia edir. “Mançester Siti” maliyyə pozuntuları etdiyi sübut olunarsa liqadan düşmə də daxil olmaqla, ciddi sanksiyalarla üzləşə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı