Rusiya bu ərazidən hərbçiləri Kurska göndərdi - KİV

Rusiya Ukraynanın Kursk bölgəsində gözlənilməz uğurlu hücumuna cavab vermək üçün Ukrayna ərazisindən bir neçə min əsgərini bura köçürüb.

Metbuat.az xəbər verir ki, bu barədə "CNN" nəşri Amerika rəsmilərinin bəyanatlarına istinadən məlumat yayıb. Bildirilib ki, hər biri ən azı 1000 əsgərdən ibarət briqada Kursk bölgəsinə keçib.

Amerika və Avropa kəşfiyyat rəsmilərindən əldə edilən məlumata görə, Kursk əməliyyatının əsas məqsədi Vladimir Putin üçün “strateji dilemmalar” yaratmaqdır, xüsusən də söhbət Rusiyanın hərbi resursları hara ayırması məsələsindədir. Bununla belə, Rusiyanın Ukraynadakı cəbhə xəttində yüz minlərlə əsgərinin olduğu güman edilir. Buna görə də bir neçə min nəfərin köçürülməsinin qısa müddətdə o qədər də böyük təsiri olmaya bilər.

Bundan əlavə, Rusiya hələ də Ukraynadan daha böyük, daha yaxşı təlim keçmiş bölmələrini Kursk bölgəsinə köçürməyib, əksinə Rusiyanın başqa yerlərindən götürülmüş, əsasən təlim keçməmiş çağırışçılarla müdafiəsini gücləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı