Azərbaycandan Türkiyəyə turist axını 500 min nəfəri ötüb

2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə Azərbaycandan xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,1% artaraq 1 milyon 223 min nəfər olub.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

    Məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 37,8 faiz, Türkiyəyə gedənlərin sayı 19,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,2 faiz, Gürcüstana gedənlərin sayı 15,9 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,2 faizi ( 503 876 nəfər) Türkiyəyə, 21,4 faizi ( 261 722 nəfər) Rusiya Federasiyasına, 8,7 faizi ( 106 401 nəfər) Gürcüstana, 8,6 faizi ( 105 178 nəfər) İrana, 20,1 faizi ( 245 823 nəfər) digər ölkələrə səfər edib. Gedənlərin 65 faizini kişilər, 35 faizini qadınlar təşkil edib.

    2024-cü ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,9 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı