Türkiyə millisinin hücumçusu Kenan Yıldız “Yuventus”la müqaviləsinin müddətini uzadıb.
Metbuat.az xəbər verir ki, 19 yaşlı futbolçunun yeni müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. O, “Yuventus”da 10 nömrə forması ilə çıxış edəcək.
Bundan əvvəl onun “Yuventus”la müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.