ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə öndə olan Demokrat rəqibi Kamala Harrisin iqtisadi siyasətini tənqid edib.
Metbuat.az xəbər verir ki, o Kamala Harrisin iqtisadi siyasətini “kommunizm” adlandırıb. Tramp iqtisadi siyasətlərini açıqlayan rəqibi Harrisi tənqid edərək, “Kamala çıxışında kommunist kimi səsləndi” deyib. Pensilvaniyadakı seçki mitinqində Tramp Harrisin elan etdiyi iqtisadi siyasətləri “Sovet İttifaqının iqtisadi sistemi” ilə müqayisə edib. Tramp həmçinin Harrisi "gözəlliyi" ilə hədəf seçib və ondan daha yaxşı göründüyünü iddia edib.