Messi karyerasını yekunlaşdırıb? - Heyətdə yer almadı

Lionel Messi Argentina millisinə çağırılmayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyası məlumat verib. Messi 2026-cı ilin dünya çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etməyəcək. Bildirilir ki, futbolçu Çili və Kolumbiya milliləri ilə oyunları buraxacaq.

Qeyd edək ki, Messi ABŞ Kubokunun finalında Kolumbiya ilə oyunda zədələnəndən sonra rəsmi oyunlarda iştirak etmir. Bundan əvvəl Messinin millidəki karyerasını yekunlaşdıra biləcəyi ilə bağlı iddialar gündəmə gəlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR