Zərurət yaransa, Zelenski tək döyüşəcək - "The Telegraph"

"Ukrayna prezidenti Vladimir Zelenski zərurət yaranarsa, təkbaşına döyüşəcək".

Metbuat.az xəbər verir ki, bu barədə "The Telegraph"ın məqaləsində deyilir. Almaniyanın Ukraynaya hərbi yardımı dayandıra biləcəyi ilə bağlı yazılan məqalədə bildirilir ki, Almaniya əslində Kiyevə Rusiyanın şərtləri ilə sülh bağlamasını deyir, bu, Ukrayna və Avropa üçün fəlakətdir:

"Zelenski isə qələbəyə getdikcə daha çox əmindir, xüsusən də tezliklə Kiyevə F-16 qırıcıları veriləcək".

Qeyd edək ki, avqustun 18-də alman mediası Almaniyanın maliyyə naziri Kristian Lindnerin əlavə vəsait tapılmadığı təqdirdə Kiyevə yardım üçün yeni müraciətləri rədd edəcəyini yazıb. Daha sonra Olaf Şolts bildirib ki, Almaniya Rusiya Federasiyasının dondurulmuş aktivləri hesabına Ukrayna ordusuna dəstəyini davam etdirəcək.

Xatırladaq ki, Almaniya ABŞ-dən sonra Ukraynaya ən böyük hərbi donordur. Təkcə bu il Almaniya hakimiyyəti ukraynalılara təxminən 7,5 milyard avro hərbi yardım göstərmək qərarına gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı