Aliment ödəməmək üçün özünü "ölü" kimi göstərdi

Uşağı üçün aliment ödəmək istəməyən şəxs qeyri-adi yola əl atıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-nin Kentukki ştatında meydana gəlib. Aliment ödəmək istəməyən 39 yaşlı Jesse Kipf adlı şəxs ölmüş şəxslərin qeydiyyatda olduğu sistemi "sındırıb".

2008-ci ildə boşandığı bildirilən və 116 min dollar aliment borcu olan Jesse Kipf başqa bir əyalətdəki həkimin istifadəçi adını, şifrəsini oğurlayıb və həkimin bilgiləri ilə sistemə giriş edərək, özü üçün "ölüm sənədi" hazırlayıb və özünü sistemdə ölü göstərib.

Törətdiyi cinayəti qəbul edən Kipf bunu aliment üçün etdiyini də deyib. Ona 7 il həbs cəzası verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı