Türk klubları ilə adı çəkilirdi - Burada oynamaq istəyir

İngiltərənin "Mançester Yunayted" klubunda forma geyinən Skot Maktominey "Napoli"yə keçə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Sport İtalia" məlumat yayıb. Məlumata görə, futbolçu özü də İtaliya çempionatında oynamaq istəyir, eyni zamanda "Napoli"nin baş məşqçisi Antonio Konte də futbolçu ilə işləmək arzusundadır.

27 yaşlı britaniyalı futbolçu bundan əvvəl iki dəfə "Fulham"in təklifini geri çevirib.

Qeyd edək ki, Skot Maktominey 2017-ci ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyur və bu komandada 170-dən çox oyun keçirib. Futbolçunun adı tez-tez İstanbulun "Qalatasaray" və "Fənərbağça" klubları ilə çəkilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR