İcra başçısının xanım müavini işdən çıxarıldı

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəfa Valeh qızı Allahverdiyeva vəzifəsindən azad olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Gədəbəyin icra başçısı Orxan Mürsəlov bununla bağlı müvafiq sərəncam imzalayıb.

V.Allahverdiyeva Gədəbəy Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini də icra edib.

Onun yerinə hələ ki təyinat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı