"Ukraynaya yardımın azaldılması bizi narahat edir" - Borrell

"Almaniyanın Ukraynaya yardımını azaltması Avropa İttifaqını çox narahat edir, bu, çox narahatedici və pis xəbərdir".

Metbuat.az bildirir ki, bu bəyanatla İspaniyanın Santander şəhərində Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell çıxış edib.

"Mütləq mənada Almaniya UkraynayaRusiyanın işğalının öhdəsindən gəlmək üçün çox şey edir. Ona görə də Berlindən Kiyevə yardımın gələcəkdə azaldılması böyük narahatlıq doğurur", - Avropa Komissiyasının vitse-prezidenti bildirib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara görə, Almaniyanın maliyyə naziri Kristian Lindner maliyyə olmayacağı halda Ukraynaya yardım tələblərini rədd edəcək. Daha sonra Almaniya kansleri Olaf Şolts "X" sosial şəbəkəsində yazıb ki, Berlin Rusiyanın dondurulmuş aktivləri hesabına Kiyevə kömək etməyə davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı