Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Avqustun 26-da Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olunacaq.

Metbuat.az xəbər verir ki, ötən il olduğu kimi, Laçın şəhərinin yenidən doğuluşunun ikinci ildönümünə də geniş bayram proqramı tərtib edilib. Üstəlik, budəfəki Laçın Şəhəri Günü Azərbaycan Respublikasının bütün ərazilərində suverenliyinin tam bərqərar edilməsindən sonra, 2023-cü il sentyabrın 19-20-dəki antiterror tədbirlərinin nəticəsi olaraq külli Qarabağda bayrağımızın dalğalandığı bir vaxtda daha böyük anlamla qeyd olunur.

Qeyd edək ki, ötən ildə Azərbaycanın əlamətdar günlər təqviminə yeni bir gün, 26 avqust – Laçın Şəhəri Günü daxil olub. İlk dəfə ötən il qeyd edilən bu gün Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə təsis olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı