Nazir Bakıda salınan velisoped yolunun uzunluğunu açıqladı

Bakıda mikromobillik infrastrukturunun inkişafı çərçivəsində 10 km-dən çox velisoped yolu salınıb.

Metbuat.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında paylaşıb.

Nazir velosiped yolu şəbəkəsinin daha da genişləndirilməsinin planlaşdırıldığını qeyd edib.

"Artıq ilk velosiped kirayəsi xidməti – "bike-sharing" fəaliyyətə başlayıb. Bu səmərəli təşəbbüsün iştirakçılarına uğurlar arzulayıram," - deyə Rəşad Nəbiyev bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı