"Şamaxı" Bakıda qələbə qazandı

Azərbaycan Premyer Liqasının IV turunun son oyununda "Zirə" evində "Şamaxı"ya 0:1 hesabı ilə məğlub olub.

Metbuat.az xəbər verir ki, Zirə İdman Kompleksində baş tutan qarşılaşmada matçın yeganə qolunu 16-cı dəqiqədə Leroy Mikels vurub.

Turun digər görüşlərində "Səbail" "Kəpəz"i 4:0, "Turan Tovuz" "Qarabağ"ı 1:0, "Sabah" isə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

"Araz-Naxçıvan" - "Neftçi" matçı 1:1 hesabı ilə başa çatıb.

Hazırda "Turan Tovuz" 10 xalla turnir cədvəlinə liderlik edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR