İslandiyada buz mağarası çökdü

İslandiyada buz mağarasının çökməsi nəticəsində bir turist ölüb, ikisi itkin düşüb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı mağarada 25 turist olub.

Bildirilib ki, buz altında qaldığı ehtimal edilən iki turisti xilas etmək üçün 200-ə yaxın adamın iştirak etdiyi kompleks əməliyyat davam edir.

Ağır xəsarətlər alan daha bir şəxs vertolyotla xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR