AEBA missiyası Kursk AES-ə baş çəkəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossinin rəhbərlik etdiyi AEBA missiyası Kursk Atom Elektrik Stansiyasına sabah baş çəkəcək.

Metbuat.az xəbər verir ki, bu barədə AEBA bəyanat yayıb.

Rafael Qrossi bildirib ki, bütün atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi təşkilatın əsas vəzifəsidir.

"Vəziyyətin ciddiliyini nəzərə alaraq, mən şəxsən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rusiya Federasiyasındakı Kursk Atom Elektrik Stansiyasına (KNPP) gedən missiyasına rəhbərlik edirəm".

Agentliyin rəhbərinin sözlərinə görə, AES-ə baş çəkmək stansiyada baş verənlərə müstəqil qiymət verməyə imkan verəcək.

O əlavə edib ki, Kursk vilayətinə səfər zamanı AES-in mühafizəsi üzrə gələcək fəaliyyət istiqamətlərini formalaşdırmaq, eləcə də regionda nüvə təhlükəsizliyini qiymətləndirmək lazımdır.

Qeyd edək ki, Kursk Atom Elektrik Stansiyası Kurçatovda, Kurskdan təxminən 40 km məsafədə yerləşir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı