Pakistanda hücumlar nəticəsində 51 nəfər öldü

Pakistanda silahlılar avtomobil yollarına və polis məntəqələrinə hücum edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bəlucistan əyalətində baş verib. Hücumlar 51 nəfərin ölümünə səbəb olub. Əyalət administrasiyasının mətbuat katibinin sözlərinə görə, hücumu “Bəlucistan Azadlıq Ordusu” qruplaşmasının radikalları törədib.

Bu gün səhər silahlı şəxslər magistral yolu bağlayıblar və 10-a yaxın avtomobili də yandırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı