​"Telegram" Avropa İttifaqının nəzarəti altında deyil -

"Telegram" Avropa İttifaqının nəzarəti altında deyil.

Metbuat.az xəbər verir ki, bunu Aİ sözçüsü Tomas Regnier deyib.

O bildirib ki, "Telegram" Avropa İttifaqı (Aİ) daxilində böyük şəbəkə hesab edilmir və buna görə də Avropa Komissiyasının birbaşa nəzarəti altında deyil. O, Aİ-nın messencer nümayəndələri ilə əlaqə saxlamasına aydınlıq gətirib.

Diplomatın sözlərinə görə, Aİ hazırda "Telegram"ın həqiqətən də 41 milyon avropalı istifadəçisinin olub-olmaması ilə bağlı məlumatları yoxlayır.

Qeyd edək ki, "Telegram"ın yaradıcısı Pavel Durov avqustun 24-də Parisə gələrkən saxlanılıb. Aİ bu işi "milli araşdırma" adlandıraraq şərh verməkdən imtina edib. "Telegram" mətbuat xidməti messencerin bütün Aİ qanunlarına uyğun olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı