2 sentyabra diqqət - Paşinyan o səhvi təkrarlasa...

Erməni radikal-revanşistlər cəhənnəmlik olmuş “artsax”ın “müstəqilik günü”nü qeyd etməyə hazırlaşır. Ancaq ilk dəfə olaraq, Azərbaycanın işğal altındakı bölgəsində, Qarabağımızda yox, İrəvanda. Odur ki, builki “bayram” onlar üçün əməlli-başlı qara gəlib.

Metbuat.az musavat.com-a istinadən xəbər verir ki, 2 sentyabrla bağlı üsyançı keşiş Baqrat Qalstanyan artıq çağırış da edib. Qalstanyan həmin gün həmvətənlərini “artsaxın İrəvan nümayəndəliyi”nin önünə dəvət edib...

Yəni məlum olur ki, Ermənistanda hələ də belə qanunsuz qurum fəaliyyət göstərir. Təbii ki, hakimiyyətin rüsxəti ilə.

Söhbət Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etməkdən yorulmayan, “29.7 min kv km-lik real Ermənistan”ın “təbliğatçısı” Nikol Paşinyan hökumətindən gedir...

Paradoks həm də ondadır ki, kapitulyant ölkənin konstitusiyasına görə, keçmiş Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi sayılır. O zaman hansı “müstəqillik günü”ndən dəm vururlar?

O biri yandan yada salanda ki, Ermənistan adlı dövlətin özü elə böyük bir paradoksudur və tarixin ən yaramaz təftişçiləri, saxtakarları və təhrifçiləri kimi ermənilərin nəfəsi də yalandan gedib-gəlir, təəccüblənməyə dəymir.

Odur ki, Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etməsi haqda sözlərinə çürük qoz da düşməyəcək. Ta ki, qonşu ölkənin konstitusiyası beynəlxalq hüquqa, BMT Nizamnaməsinə uyğunlaşdırılmayınca. Nəhayət, mifik qurumun İrəvandakı nümayəndəliyini bağlanmayınca.

Bura ATƏT-in üzdəniraq Minsk Qrupunun (MQ) rəsmən ləğvinə İrəvanın vermək istəmədiyi razılığı da əlavə eləmək olar...

Ermənistanın sürətlə silahlanması fonunda bu üç fakt (“nümayəndəlik”, müharibə “qoxusu” verən konstitusiya və MQ məsələsi) İrəvanın sülh ritorikasının qeyri-ciddiliyi və absurdluğunu isbatlanmağa tamamən kifayət edir. Doğrudan da hər şey niyyətə bağlı.

Yaxud hədəf istənilən vasitəni doğruldur. Rəsmi İrəvanın hədəfi isə əfsus ki, sülh (sazişi) deyil. Nədir? O da bəlli: havadarları hesabına vaxt udub Azərbaycana qarşı müharibəyə hazırlaşmaq.

Əks halda, N.Paşinyan dünyaya sülh nağılları danışmaqdansa, buyurub indi sübut etsin ki, həqiqətən revanşist soydaşları kimi düşünmür, “bəlkə də qaytardılar” xülyası ilə yaşamır.

Xatırlatmaq yerinə düşər, Paşinyan və komandasının üzvləri dünənədək deyirdilər ki, “artsax institutları”nın İrəvanda mövcudluğu Ermənistanın təhlükəsizliyi üçün təhdid yaradır. O zaman “o nə pəhriz, bu nə turşu?”...

Və sonda. Ötən il sentyabrın 2-də N.Paşinyan Qarabağdakı separatçı ünsürlərə utanmazcasına “müstəqillik təbriki” göndərmişdi. Sonrası bəlli – 19-20 sentyabr antiterror tədbirləri və Azərbaycanda erməni separatizminin kökünün kəsilməsi.

Görək Nikol bu dəfə nə çərənləyəcək? Qondarma “nümayəndəliyi” bağlamağa cəsarət edəcəkmi? Azərbaycanla sülh istəyən zatən, bu addımdan başlamalı idi. Hələ gec deyil...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı