​Mərkəzi Bank dollar satışını dayandırıb? - AÇIQLAMA

Mərkəzi Bank tərəfindən banklara dollar satışının dayandırılması, ümumilikdə dollar satışında məhdudiyyətlərin mövcudluğu kimi hallarla bağlı son günlərdə yayılan xəbərlər reallığı əks etdirmir.

Metbuat.az xəbər verir ki, bu sözləri Report-a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev deyib.

O bildirib ki, valyuta bazarında çətinliyin və sözügedən məhdudiyyətlərin olması müşahidə edilmir:

“Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən qrafikə uyğun olaraq xarici valyutanın satışı üzrə hərracların keçirilməsi davam edir. 2024-cü ilin ötən dövründə 61 hərrac keçirilib. Rəqəmlərə nəzər yetirdikdə, valyutaya tələbatın tam ödənildiyini görürük. Ümumilikdə, hərraclarda 4 milyard 714 milyon ABŞ dolları satılıb. Əlavə olaraq, 2024-cü ilin ötən dövründə banklararası bazarın həcmi 614 milyon ABŞ dolları təşkil edib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı