Zamiq yayı konsert ilə yekunlaşdırdı - VİDEO

Müğənni Zamiq Hüseynov yay mövsümünü solo konsert ilə bitirib. Ulduz ifaçı ötən gün şəhər restoranlarından birində səhnə alıb.

Metbuat.az bildirir ki, sənətçi 2 saat ərzində sevilən mahnılarını ard-arda oxuyub. Maraqlı anlarla yadda qalan gecədə, Zamiq "Kaman", "Oğlum", "Uçduq", "Əvəzsizim," Sən necə də gözəlsən", "İfadə", "Mən səni sevirəm" adlı nəğmələrini sevənləri ilə bərabər ifa edib.

Anşlaqla keçən gün, Hüseynovun bu ilə son yay konserti kimi qeyd olunub. Konsertindən olduqca məmnun qalan ifaçı, yeni mövsümə kifayət qədər enerjili olduğunu bildirərək, yaxın zamanlarda daha da gözəl işlərin müjdəsini verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı