Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazandı

Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo və Serbiyanın Subotiça şəhərlərindəki beynəlxalq turnirdə 4 medal qazanıblar.

Metbuat.az xəbər verir ki, yığmanın məşqçisi Elvin Məmişzadənin rəhbərliyi altında yarışlara qatılan təmsilçilərimiz 2 gümüş və 2 bürünc medal əldə ediblər.

75 kq-da çıxış edən Abbasqulu Şadlinski Subotiçada ikinci, Sarayevoda üçüncü yeri tutub. Bosniya və Herseqovinada Kənan Nəcəfov (92 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Hüseyn Hüseynli (80 kq) isə eyni yarışı bürünc medalla başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı