Ukrayna cəbhəsində vəziyyət dəyişir - Putin etiraf etdi

Rusiya qüvvələri Ukraynanın şərqində daha sürətli irəliləyir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Tuvanın Qızıl şəhərindəki 20 nömrəli orta məktəbdə çıxışı zamanı məlumat verib. O, Rusiya qüvvələrinin gündə bir neçə kvadrat kilometr ərazini ələ keçirdiyini deyib.

"Bizim Donbasda uzun müddətdir ki, hücumda belə tempimiz olmayıb. İndi 200 və ya 300 metr irəli getməkdən danışmırıq. Rusiya silahlı qüvvələri artıq əraziləri 200-300 metrlərlə yox, kvadrat kilometrlərlə nəzarət altına alır", - deyə Putin bildirib.

Hal-hazırda Rusiya qüvvələri Ukraynanın 18%-nə nəzarət edir və Kursk vilayətindəki vəziyyətə baxmayaraq, Ukraynanın şərqində sürətli irəliləyiş əldə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı