Bu ölkədə aclıq hökm sürür - Böcək yeyirlər

Sudanda fəaliyyət göstərən üç böyük yardım təşkilatı ölkədə "tarixi" nisbətdə aclıq böhranı yaşandığına dair xəbərdarlıq edərək, bir çox ailənin yarpaq və böcək yeməyə məcbur olduğunu bildirib.

Metbuat.az bildirir ki, bununla bağlı Norveç Qaçqınlar Şurası (NRC), Danimarka Qaçqınlar Şurası (DRC) və Sudanda fəaliyyət göstərən humanitar yardım təşkilatı "Mercy Corps" tərəfindən bəyanat yayımlanıb:

"Biz beynəlxalq ictimaiyyəti ölkədəki böyük aclıq böhranını təcili həll etməyə çağırırıq. Sudan xalqının son aylarda çəkdiyi ağrıların səviyyəsini sözlə ifadə etmək mümkün deyil".

Sudanda 25 milyondan çox insanın - ölkə əhalisinin yarıdan çoxunun kəskin qida çatışmazlığından əziyyət çəkdiyini bildirən təşkilatlar, bir çox ailənin 'ağac yarpaqları və ya həşərat yeməyə məcbur edildiyini' bildirdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı