Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Metbuat.az xəbər verir ki, o, üçüncü yer uğrunda görüşdə çinli Venhao Hu ilə qarşılaşıb.
Rəqibinə 6:5 hesabı ilə qalib gələn Ruslan mundialı bürünc medalla bitirib.
Beləliklə, yunan-Roma güləşçilərimiz dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurub. Daha əvvəl Cocu Səmədov (87 kq) dünya ikincisi olub.