Kaşuk bu səbəblərə görə “Qarabağ”ı seçib

“Şaxtyor”un sabiq yarımmüdafiəçisi Aleksey Kaşuk karyerasını davam etdirmək üçün niyə məhz “Qarabağ”ı seçməsinin səbələrini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o, bu qərarı verməsinin 3 səbəbini belə izah edib:

“Bir nömrəli amil Qurban Qurbanovdur. Çox uzun müddətdir burada çalışan və komandanı Çempionlar Liqasının qrup mərhələsinə və Avropa Liqasının pley-off mərhələsinə çıxaran məşqçi. O, futbolçuları necə inkişaf etdirməyi bilir.

İkinci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şərtlərdən deyil, həm də bənddən gedir. Elə yazılıb ki, gələcəkdə Avropa klubları “Qarabağ”a adekvat qiymətə təklif verə biləcək.

Üçüncü amil – mən artıq bu çempionatda və bu ölkədə oynamışam. Uyğunlaşmışam. Buna uyğun olaraq, “Qarabağ” indi peşəkar futbola tam qayıtmaq və özünü avrokuboklarda göstərmək imkanı əldə etmək üçün ən yaxşı həll yoludur”.

Kaşuk 2023-cü ilin dekabrından rəsmi oyunlarda meydana çıxmır. Qışda o, “Şaxtyor”la müqaviləni yeniləməkdən imtina etdi və “şaxtaçılar”ın gənclərdən ibarət komandasında məşq etdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR