Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
Metbuat.az-ın məlumatına görə, o, SB13 kateqoriyasında 100 metr məsafəyə brass üsulu ilə üzməkdə 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.