Durov saxlanılmasından sonra ilk dəfə danışdı

"Telegram” düzgün balansı tapmaq üçün hökumətlərlə qarşılıqlı əlaqədə olmağa çalışır. Sayt avtoritar rejimlərdə istifadəçilərin müdafiəsi prinsiplərinə əməl edir. Ancaq “Telegram” rəhbərliyi həmişə dialoqa açıqdır. Belə ki, “Telegram” məxfilik və təhlükəsizlik arasında düzgün balans barədə ölkə rəhbərliyi ilə razılaşa bilməyəndə platforma bu ölkəni tərk edir. Rusiya və İranda da belə idi".

Metbuat.az bildirir ki, bunu "Telegram"ın rəhbəri Pavel Durob deyib. O qeyd edib ki, bəzi media resurslarında “Telegram”ın bir növ anarxist cənnət olması ilə bağlı iddialar tamamilə yanlışdır. Sayt hər gün milyonlarla zərərli yazı və kanalı silir:

“Mən Fransa vətəndaşı olaraq Dubaydakı Fransa Konsulluğuna tez-tez baş çəkirdim. Bir müddət əvvəl onlar məndən soruşanda mən şəxsən onlara Fransada terror təhlükəsi ilə mübarizə aparmaq üçün “Telegram” ilə qaynar xətt yaratmağa kömək etdim”.

Durov deyib ki, Fransa hakimiyyətinin “Telegram”dan cavab almaması səbəbindən polis onu 4 gün sorğu-sual edib. Lakin Durov bununla razılaşmır. Çünki onun sözlərinə görə, “Telegram”ın Avropa İttifaqında rəsmi nümayəndəsi var, və o, Aİ-nin müraciətlərini qəbul edir və onlara cavab verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı