ABŞ hipersəs raketinin sınağını keçirəcək

ABŞ ordusu hipersəs silahlarının növbəti sınağını keçirməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, Pentaqonun məlumatına görə, uzaqmənzilli hipersəs silahlarının yeni sınağını 2024-cü ilin sonuna qədər keçirmək planlaşdırılır. Söhbət ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün hazırlanan “Dark Eagle” raket sistemindən (LRHW) gedir.

“Dark Eagle” hipersəs raketi saatda təxminən 6 min kilometr sürətlə uçmağa qadirdir. O, hündürlükdə manevr edə bilir ki, bu da raketdən müdafiə sistemlərinin raketi aşkarlamasını çətinləşdirir.

Raketin layihə uzaqlığının 2775 kilometr olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı