Avropa İttifaqı İranın Rusiyaya ballistik raketlər verməsi barədə məlumat alıb.
Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət sözçüsü Peter Stano deyib:
“Biz müttəfiqlər tərəfindən İranın Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı məlumatı təsdiqləmişik".
Peter Stano bildirib ki, Aİ liderlərinin yekdil mövqeyi həmişə aydın olub:
"Brüssel İrana qarşı yeni və əhəmiyyətli məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə və tez cavab verəcək".